Qənirə Paşayeva AŞPA-nı təcili addımlar atmağa çağırdı
Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurasında Assambleyanın iclasında İraqda türkmanların yaşadığı faciələr və İŞİD tərəfindən Türkiyə diplomat və mülkü vətəndaşlarının saxlanılmasından danışıb və AŞPA-nı bu məsələlərə duyarsız qalmamağa, təcili addımlar atmağa çağırırb
“Dəyərli həmkarlarım. Türkiyə bizim Assambleyamızın üzvüdür və təşkilatımız Türkiyənin 49 diplomatının və 20-dn çox mülkü vətəndaşının İraqda İŞİD tərəfindən girov götürülməsini qətiyyətlə pisləyən və onların təcili azad edilməsini tələb edən bəyanatla çıxış etməklə bərabər, beynəlxaql səviyyədə bu məsələdə öz kömək və dəstəyini daha da gücləndirməlidir. Doğrudur, İraq Avropa Şurasının üzvü deyil amma orada baş verənlər hamımızı ciddi narahat etməlidir. İraqda yaşayan 3 milyon turkmanların təmsilçilərinin sizə olan çağırışlarını çatdırmaq istəyirəm. Son günlər İraqda mülkü türkmanlar qətlə yetirilr, minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb. Həyatı ciddi təhlükə altında olan İraq еürkmənləri Avropa Şurasını, Parlament Assambleyasını onların həyatlarına duyarsız qalmamağa və yaranmış dəhşətli vəziyyətin düzəlməsi istiqamətində səylərini artırmağa çağırırlar. Hesab edirəm ki, İraqda baş verənlərin, oradakı vəziyyətin Assambleyamızda ayrıca müzakirə olunmasına və addımlar atılmasına çox ciddi ehtiyac var”.











