featured-image-5731

22

 

Millət vəkili Qənirə Paşayeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Tovuz rayonunun bir sıra dəyərli müəllimlərini ziyarət edib.

Millət vəkili Qənirə Paşayeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə  Tovuz rayonunun bir sıra tanınmış, gənc nəsillərin yetişdirilməsində böyük əməyi olan müəllimləri ilə görüşüb və onları təbrik edib.

Müəllimləri ayrı-ayrı ziyarət edən millət vəkili Qənirə Paşayeva millətin gələcəyi olan gənclərin həm savadlı həm də bir insan, şəxsiyyət kimi yetişməsində onların böyük roluna toxunub və onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Millət vəkili Qənirə Paşayeva  Tovuz  rayonu üzrə təhsil göstəricilərinin  ilbəil artmasının sevindirici və  təqdirəlayiq  olduğunu  deyib.  Millət vəkili yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunlarının sayının ilbəil artmasının sevindirici hal olduğunu və bunda müəllimlərin əvəzsiz rolunu vurğulayıb. Dövlətin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  diqqət və qayğısı nəticəsində  Tovuz  rayonunda  bir sıra yeni məktəblərin tikildiyini və əsaslı təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verildiyini xatırladan millət vəkili  Qənirə Paşayeva bildirib ki, bütün bunlar da təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Görüş zamanı müəllimlərin əmək haqlarının daha da artmasının vacibliyi məsələsinə də toxunulub və millət vəkili Qənirə Paşayeva müəllimlərə bu istiqamətdə yeniliklərin olacağına inandığını deyib. Görüşlər zamanı müəllimləri maraqlandıran və narahat edən məsələlət ətrafında geniş fikir mübadiləsi aparılıb. Müəllimlər hər zaman bizə ən gözəl hədiyyənin kitab olduğunu öyrədiblər deyən millət vəkili Qənirə Paşayeva müəllifi olduğu kitabları müəllimlərə hədiyyə edib.

 

25 26 27 28 30


media-728x90banner

Bənzər xəbərlər