Qız Qalasının açılışı olacaq
Bakının qədim abidələrindən sayılan Qız Qalası təmirdən sonra istifadəyə veriləcək. Bu barədə AzVision.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin əməkdaşı Nərmin Azadgil məlumat verib.
O bildirib ki, abidə yaxın günlərdə istifadəyə veriləcək.
“Ya bu ayın axırı, ya da gələn ayın əvvəlində açılış olacağı gözlənilir. Amma hələ ki, dəqiq tarix məlum deyil”.
Lakin yayılan qeyri-rəsmi məlumatlara görə, Qız Qalasının istifadəyə tam hazır olduğu, hətta abidənin bu gün və ya sabah açılışının olacağı da söylənilir. Prezident İlham Əliyevin də açılış mərasiminə qatılacağı gözlənilir.
Xatırladaq ki, Qız Qalası ötən ilin oktyabr ayında təmir-bərpa məqsədilə bağlanıb.











