Qızıl Aypara Cəmiyyəti qanvermə aksiyası keçirəcək
Azərbaycan Qızıl Aypara Cəmiyyəti martın 5-da qanvermə aksiyası keçirəcək.
XALQ.AZ xəbər verir ki, cəmiyyətin yaradılma günündə keçiriləcək aksiyada qurumun əməkdaşları və rəhbər heyəti iştirak edəcək. Aksiya nəticəsində toplanılan ehtiyat qana ehtiyacı olan xəstələrin müalicəsi üçün istifadə ediləcək.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəhbəri, millət vəkili Novruz Aslanovdur.












