featured-image-41261

Din

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.

Dini Komitədən ANS verilən məlumata görə, tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Sabunçu rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. O, bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir.

O, qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir.

Komitə sədri son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından və siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarından söz açaraq bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyinə toxunub.


media-728x90banner

Bənzər xəbərlər