Ramiz Mehdiyev sosial şəbəkədə
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Akademikin artıq 2000 nəfərd Facebook istifadəçisinin bəyəndiyi səhifədə R.Mehdiyevin müraciəti də yerləşdirilib. Müraciətində R.Mehdiyev bildirib:
“İnformasiya kommunikasiya texnologiyaları olmadan müasir dünyanı, gündəlik fəaliyyəti təsəvvür etmək mümkün deyil. İnternet təkcə məlumat yığını olmayıb, bəşəriyyətinin virtual portretini, yeni fəlsəfəni formalaşdırır. Sosial şəbəkələr ünsiyyəti asanlaşdırmaqla qarşılıqlı münasibətlərdə yeni platforma yaradır.
Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğu sahəsində böyük uğurlara imza atır, ölkədə İKT sürətlə inkişaf edir. Gələcəyə hesablanmış, düşünülmüş siyasət Azərbaycanı yaxın illərdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaqdır.
Elektron və mobil hökumət, kosmik sənaye, innovasiyalı iqtisadiyyat, biliyə əsaslanan cəmiyyət qurarkən cənab Prezident İlham Əliyev Azərbaycan elminə, gənclərimizin böyük potensialına arxalanır.
Gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam”.Artıq səhifədə Prezident Administrasiyasının rəhbərinə xahişlə müraciət edənlər də var.
Facebook-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adına daha iki profill var. Amma həmin profillərin saxta olduğu bildirilir.












