featured-image-37686

 

77

 

Xətainin icra başçısı məktəbin ərazisini iş adamına satır – ÖZBAŞINALIQ

 

Bu gün bəzi dövlət məmurlarının tamahlarının quluna çevrilməsi, dövlət maraqlarını və daşıdıqları vəzifənin məsuliyyətini unudaraq yalnız şəxsi mənfəət barədə düşünməsi günümüzün acı reallığıdır. Bu kimi hallara qarşı dövlət səviyyəsində sistemli və ardıcıl tədbirlərin görülməsinə baxmayaraq bu kimi problemlər hələ də qalmaqdadır. Fəaliyyətindən ciddi narazılıq edilən belə məmurlardan biri isə Xətai rayonunun icra başçısı Razim Məmmədovdur. Məlumat üçün bildirək ki, ölkə mətbuatında Razim Məmmədovun adına bağlı olan yüzlərlə qanunsuzluqlarla bağlı silsilə yazılar qələmə alınıb. Düzdür, biz bütün bu yazılanların və iddiaların heç də hamısının 100 faizli həqiqət olduğu düşüncəsində deyilik. Amma danılmaz bir gerçəklik də var ki, Xətai rayonundan narazılıqlar durmadan artmaqdadır və bu heç də təsadüfi ola bilməz. Xüsusilə də icra başçısının həyata keçirdiyi planlarla bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu yazı da məhz bu qəbildəndir. Xalq.az-a daxil olan məlumatda bildirilir ki, Razim Məmmədov indi də orta məktəblərin balansında olan əraziləri iş adamlarına baha qiymətə satmaq sevdasına düşüb. Bununla bağlı XALQ.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə, Xatai rayon icra hakimiyyetinin bascisi Razim Memmedov 245 saylı məktəbin direktoru Yaqut Memmedovaya bununla bağlı tapşırıq da verib. Həmin tapşırıqda bildirilib ki, hazlırda məktəbin ərazisinə aid olmayan, meydançanı məktəbin təmirindən istifadə edərək məktəb ərazisinə kimi hasarlasın (hazırda məktəbdə təmir işləri aparılır-red) təhsil ocağının balansından salınsın. Yəni, artıq həmin ərazi bundan sonra məktəbin mülkiyyəti sayılmayacaq və belə olan halda icra başçısı da buranı istədiyi qiymətə istədiyi şəxsə sata biləcək. Məlumata görə, artıq həmin əraziyə müştəri də tapılıb və həmin şəxs kifayət qədər imkanı olan iş adamlarından biridir. Növbəti yazımızda isə həmin müəmmalı torpaq alverinin ilginc tərəflərini və torpağa müştəri çıxan iş adamının kimliyinə də aydınlıq gətirəcəyik.

 

Qarçı tərəfində mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər