Rusiya səfirliyinin binası minomyot atəşinə tutuldu
Rusiyanın Dəməşqəki səfirliyinin binası minomyot atəşinə tutulub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, xəbəri səfirliyin mətbuat attaşesi Timur Peçatnikov bildirib. Mərmilərdən biri səfirliyin ərazisində partlayıb.
“Səfirliyin əməkdaşları arasında xəsarət alanlar olmayıb, yalnız binaya zərər dəyib”, – deyə Timur Peçatnikov bildirib. Digər bir mərmi səfirliyin hasarı qarşısında partlayıb. Mərmi atəşinə baxmayaraq səfirlik əvvəlki iş rejimində fəaliyyət göstərir.









