Rusiyada koronavirusa yoluxanların sayı artdı
Rusiyada son sutka ərzində koronavirusa 14 185 yeni yoluxma halı qeydə alınıb.
XALQ.AZ xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 236 593 nəfərə çatıb.
Rusiyada son bir gündə 379 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 127 180 nəfərdir. İndiyədək 4 818 244 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.