Sabah 38 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 36 dərəcəyə yüksələcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.











