media-abdinn

Abşeron rayon Saray qəsəbəsində iri miqyaslı tikinti işləri aparılır. İlk baxışdan layihə iaşə obyektinə aid görünür, lakin işlərin hansı rəsmi icazə əsasında həyata keçirildiyi hələlik məlum deyil.
Redaksiyamıza təqdim olunan şəkillərdən aydın olur ki, yol kənarı sahədə xeyli sayda ağaclar kəsilmiş, ərazi tamamilə tikinti üçün açılıb və hasarlanıb. Tikinti materiallarının yerləşdirilməsi isə işlərin artıq ciddi mərhələyə gəldiyini göstərir.
Ölkədə şəhərsalma qaydalarına və tikinti normalarına riayət olunmayan layihələrin nadir hallarda yoxlanılması isə ictimai narahatlığı artırır. Saray qəsəbəsindəki tikinti də həmin hallardan biridir: rəsmi icazələrin olmaması və layihənin açıq sənədlərlə təsdiqlənməməsi ciddi suallar yaradır.
Bu məsələdə Abşeron Rayon İcra Hakimiyyəti, Şəhərsalma və Memarlıq İdarəsi və Fövqəladə Hallar Nazirliyi əsas məsuliyyət daşıyır. İcra hakimiyyəti yerli icazələrin verilməsini, şəhərsalma idarəsi layihənin qaydalara uyğunluğunu və nəzarətini təmin etməli, Fövqəladə Hallar Nazirliyi isə ərazidə təhlükəsizlik və normativ uyğunluğu yoxlamalıdır. Lakin görünür ki, bütün bu məsul qurumlar məsələyə ciddi nəzarət göstərməyib, nəticədə qanunsuz və ekoloji riskli tikinti həyata keçirilib.
Ünvanlanan suallar:
Abşeron Rayon İcra Hakimiyyəti: Tikintinin rəsmi icazəsi varmı? Nə üçün yerində yoxlama aparılmayıb?
Şəhərsalma və Memarlıq İdarəsi: Layihə şəhərsalma qaydalarına uyğun hazırlanıbmı və nəzarət tədbirləri görülüb?
Fövqəladə Hallar Nazirliyi: Tikinti sahəsində təhlükəsizlik və normativ uyğunluq yoxlamaları niyə həyata keçirilməyib?
Sakinlər və mütəxəssislər bu məsələlərin açıq şəkildə araşdırılmasını tələb edir, qanunsuz tikinti və ağacların kəsilməsi ilə bağlı məsuliyyət daşıyan qurumların dərhal izahat verməsini gözləyirlər.Bakunews.tv


media-728x90banner

Bənzər xəbərlər