Saxara səhrasına qar yağıb. XALQ.AZ xəbər verir ki, bu barədə qeyd edən “İzvestiyanın” məlumatına görə, qar Əlcəzairin Əyn-Səfra şəhərinə yağıb.

Bildirilir ki, bir həftə əvvəl ərazidə temperatur sıfır həddindən aşağıya düşüb. Əyn-Səfra şəhərini eyni zamanda Saxaranın darvazası da adlandırırlar. Bu şəhər Atlas dağları ilə yanaşıdır və buna görə də, temperaturun sıfır həddinən aşağı düşməsi heç də qərbə hadisə sayılmır. Lakin buna baxmayaraq, bu yerlərdə qar yağıntısı çox nadir hadisələrdəndir. Sonuncu dəfə bu yerlərə qar 2018-ci ildə yağıb.


media-728x90banner

Bənzər xəbərlər