Səbinə Salmanova seçicilərlə görüşüb
Milli Məclisin deputatı Səbinə Salmanova seçicilərlə görüşüb.
XALQ.AZ məlumat verir ki, millət vəkili Milli Məclisdə və Sumqayıt şəhərində növbəti dəfə seçicilərlə görüşüb.
Vətəndaşları fərdi şəkildə qəbul edən millət vəkili Səbinə Salamanova onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Qəbula gəlmiş vətəndaşlar əsasən təhsil, məişət, işlə təminat, hüquqi və digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı seçicilərimin qaldırdığı bir sıra məsələləri yerindəcə həll edilib digərləri isə isə nəzarətə götürülüb.
















