featured-image-20842

Qeza-2

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Şəki-Qax yolunun Kiş kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtomobil Qax istiqamətində hərəkət edərkən sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb. Nəticədə avtomobilin sürücüsü 1965-ci il təvəllüdlü Şirinov Məmməd Atamalı oğlu hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər – 1970-ci il təvəllüdlü Şirinova Bahar İdris qızı, 1992-ci il təvəllüdlü Şirinov Namiq Məmməd oğlu, 1993-cü il təvəllüdlü Şirinov Hümmət Məmməd oğlu, 2000-ci il təvəllüdlü Şirinova Cəlalə Məmməd qızı xəsarət alıb.

Xəsarət alanlar Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Şirinov Hümmət və Şirinova Cəlalənin vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşmüş şəxslər bir ailənin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər