featured-image-33115

Gurcu

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze iyulun 13-də dəfn olunacaq.

XALQ.AZ-ın məlumatına görə, bu barədə sabiq prezidentin sözçusu Marina Davitaşvili bildirib.

Onun sözlərinə görə, Şevardnadzenin dəfn mərasimində hansı məşhur dövlət xadimlərinin iştirak edəcəyi məlum deyil.

Qeyd edək ki, Şevardnadze bu gün 87 yaşında vəfat edib. O, ömrünün son illərində həyat yoldaşı Nanuli ilə birgə bağ evində yaşayıb.

Eduard Şevardnadze SSRİ-nin son illərində xarici işlər naziri olub. 1995-ci ildə Gürcüstanda hakimiyyətə gəlib. 2003-cü ildə baş vermiş inqilab nəticəsində prezidentlikdən istefa verməyə məcbur olmuşdu.

 


media-728x90banner

Bənzər xəbərlər