media-cu

Türkiyəli aktrisa Dilan Çiçək Dəniz yeni sevgilisi ilə gündəmə gəlib. Məşhur aktrisanın müğənni Birkan Nasuhoğlu ilə eşq yaşadığı məlum olub.

Münasibət barədə ilk işarəni Birkan Nasuhoğlu verib.

Müğənni sosial media hesabında Dilan Çiçək Dənizin fotosunu paylaşaraq, “Ürəkdən ürəyə bir yol var. Əgər sən oradasansa, mənim üçün hər gün bayramdır” sözlərini yazıb.

Dilan Çiçək də həmin paylaşımı öz hesabında paylaşaraq münasibətlərini ictimaiyyətə açıqlayıb.

Şəxsi həyatını uzun müddət mediadan uzaq saxlayan aktrisanın bu paylaşımı sosial şəbəkələrdə geniş maraq doğurub.

Qeyd edək ki, aktrisa daha əvvəl rejissor Rafael Cemo Çetin ilə münasibəti ilə diqqət mərkəzində olmuşdu. Cütlüyün ayrılmasından sonra Dilan Çiçək bir müddət şəxsi həyatı ilə bağlı açıqlama verməmişdi.

 



media-728x90banner

Bənzər xəbərlər