featured-image-9822

6

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Muhəmməd əl-Şəmlan əl-Rumini qəbul edib.

Azərbaycanla Küveyt arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Şeyxülislam Allahşükür Paşazadə yeni səfirin bu əlaqələrin inkişafına töhfələr verəcəyinə əminliyini vurğulayıb.

Səfir Səud Əbdüləziz Muhəmməd əl-Şəmlan əl-Rumi Küveyt Dövlətinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib, Bakıda çalışdığı müddətdə ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səy göstərəcəyini ifadə edib.

Qəbul zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, səfirə xatirə hədiyyəsi təqdim edilib.

7

 


media-728x90banner

Bənzər xəbərlər