Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən XALQ.AZ-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hunday” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada 4 nəfər dünyasını dəyişib.

Ölənlər Saatlı rayon sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakini, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və əslən Salyan rayonundan olan, Tərtər rayonunda yaşayan, 1985-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızıdır.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər