featured-image-34187

 

47

Sosial şəbəkələrdə Suriyada silahlıların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – ARDNŞ-ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. ANS PRESS-in məlumatına görə, bu barədə fotoşəkillər paylaşılıb. Fotolarda göstərilir ki, İraq Şam İslam Dövləti silahlı qruplaşmasının üzvləri avtomobili silah gücünə saxlayıblar.

Məsələyə aydınlıq gətirmək üçün ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi açıqlamaya görə, belə məlumatlar həqiqətəuyğun deyil.

Nizaməddin Quliyevin sözlərinə görə, ARDNŞ-in Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də şirkətə heç bir aidiyyəti yoxdur.

“Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, ARDNŞ-in brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, – deyə Nizaməddin Quliyev bildirib.

 

4849 50


media-728x90banner

Bənzər xəbərlər