media-6897ef28-f160-4006-ab1b-7f4abd8348ea-800x500

Sosial şəbəkələrdə “Dr. Ülkər Həsənli” kimi tanınan şəxslə bağlı iddialar: Kosmetoloji fəaliyyət araşdırılmalıdır
Xalq.online Serhedaz.az-a istinadən  xəbər verir ki, sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan və özünü “Dr. Ülkər Həsənli” adı ilə təqdim edən şəxslə bağlı redaksiyamıza müraciət daxil olub.
Müraciətdə iddia olunur ki, sözügedən şəxs müxtəlif kosmetoloji prosedurlar, o cümlədən inyeksiya və estetik müdaxilələr həyata keçirir. Bildirilir ki, bu fəaliyyətlə bağlı rəsmi icazə sənədlərinin mövcud olub-olmaması sual doğurur.
Ülkər Həsənli sosial media hesablarında özünü dermatoloq və kosmetoloq kimi təqdim edir, müxtəlif estetik prosedurların görüntülərini paylaşır və bu xidmətləri reklam edir. Lakin redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, onun bu fəaliyyət üçün tələb olunan rəsmi icazə sənədləri ilə bağlı aydınlıq yoxdur.
Bu məsələ bir sıra ciddi suallar yaradır.
Kosmetoloji inyeksiyalar, dolğu, botoks, plazma terapiyası və digər invaziv prosedurlar yalnız müvafiq ixtisasa, hazırlığa və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən şəxslər tərəfindən icra olunmalıdır. Əks halda, bu cür müdaxilələr pasiyentlərin sağlamlığı üçün ciddi risklər yarada bilər.
Xüsusilə də estetik prosedurlar zamanı istifadə olunan preparatlar, sterilizasiya qaydaları və tibbi biliklər həyati əhəmiyyət daşıyır. Rəsmi icazə və peşə hazırlığı olmadan bu sahədə fəaliyyət göstərilməsi ilə bağlı iddialar araşdırılmalı məsələlər sırasındadır.
Serhedaz.az məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, o cümlədən Səhiyyə Nazirliyinə rəsmi sorğu göndərəcək. Sorğuda Ülkər Həsənlinin kosmetoloji fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması, bu sahədə hansı icazə və sertifikatlara malik olduğu, həmçinin iddiaların araşdırılması xahiş ediləcək.
Redaksiya olaraq bildiririk ki, bu yazıda qeyd olunanlar redaksiyamıza daxil olmuş müraciətdə yer alan iddialardır və aidiyyəti qurumların araşdırmasının nəticəsini gözləyirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər