media-54f3bc04169873759627295940310359204

Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xalq.online Musavat.com– a istinadən xəbər verir ki, 2 oktyabr 2026-cı il tarixində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib. Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal tədbir görülüb və şagirdlər müvafiq tibb müəssisəsinə yönləndirilib.

TƏBİB-dən bildirilib ki, saat 10:20 radələrində 11 oğlan və 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, şagirdlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, ilkin ehtimallara əsasən, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşları da istifadə edib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilərin özlərini pis hiss etdiyi müəyyənləşdirilib.

Hadisənin səbəblərinin dəqiq müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) da Musavat.com-a bildirilib ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Agentlik tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.


media-728x90banner

Bənzər xəbərlər