Sumqayıtda nə baş verir? – Rəşad Əhmədəliyev köşklərin qurulmasına necə razılaşdı və niyə söküldü? – Videofakt
Sumqayıt şəhərində bu günədək fəaliyyət göstərən küçə ticarəti “qanunsuzdur” deyib darmadağın edilib.
Reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub. XALQ xəbər verir ki, söküntü zamanı ərazidə qurulmuş 11 ədəd köşk darmadağın edilərək ərazidən götürülüb. Köşklər xüsusi texnikaların köməyi ilə məhv edilib və daşınıb.
Bu qərar icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirilib. Koşk sahibləri isə buna etiraz edərək, icra başçısını memarlıq və şəhərsalma şöbəsinin müdiri Rəşad Əhmadaliyevi gunahlandırıblar Məlumata görə, bu köşklərin qurulması üçün sahibkarlar İcra hakimiyyətindən səlahiyyətli şəxslərə 2000 min manat ödənişlər ediblər.Lakin gözləniləmədən bu köşklər qanunsuz elan olunub və sökülüb.
Maraqlıdır ki, bu gün Sumayıtda bir daşı daş üstünə qoyduğun zaman əraziyə gələn icra hakimiyyətinin səlahiyyətli şəxsləri, ərazi idarətmə şöbəsinin əməkdaşları bu köşklər qurulan zaman harada olub? Bu köşklər şəhərin düz mərkəz küşələrində qurulub və necə olub ki, Zakir Fərəcovun adamları bu obyektlər qurularkən görməyib?
Qeyd edək ki,Sumayıtda bu köşklər quraşdırılarkən sosial platformada qanunsuz tikinti ilə bağlı bir çox görüntülər var.
Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən heç bir açıqlama alamaq mümkün olmadı.
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırırq.
Faktla bağlı videoreportajı tədqim edirik…












