“Supertoys”un anbarında yanğın gecədə davam edir-Video
Xəbər veriyimiz kimi “Sədərək” Ticarət Mərkəzində bu gün günorta saatlarından başlayan yanğın hələ də davam edir.
XALQ xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbələrdə yayılıb.
Həmin videodan ətrafa alov və tüstü yayıldığı görünür.
Qeyd edək ki, bir neçə saat öncə FHN yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər gördüyünü açıqlamışdı.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Qeyd edək ki, yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub.
Məlumatlara görə “Super Toys” mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yarandığı haqda informasiyalar dərc olunmuşdu. Şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olduğu üzə çıxmışdı. “Supertoys” MMC-nin qanuni təmsilçisi Xəqani Cəfərov, şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi.
“Sədərək” Ticarət Mərkəzindən isə, hələ də ictimaiyyətə yanğınla bağlı rəsmi məlumat verilməyib.