Tanınmış fotoqraf Səfiyar Məcnunun anasının vəfat etdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb.

XALQ.AZ xəbər verir ki, yanvarın 20-də saat 20:25-də Aeroport yolu kimi tanınan şosedə 1991-ci il təvəllüdlü, İmişli rayon sakini İbrahimov Təbriz Əziz oğlu idarə etdiyi “Qazel” markalı, 90 DH 572 dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı sakini, 1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızını vurub. Piyada xəstəxanaya aparılarkən yolda vəfat edib. Məlumat əsasında hadisə yerinə baxış keçirilib və məhkəmə-tibbi, avtotexniki ekspertizalar təyin edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci, maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qadın tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.


media-728x90banner

Bənzər xəbərlər