Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyaları başlayıb.

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir, aksiyaların doqquzuncu günündə etirazçılar parlament binası qarşısına toplaşıb.

 Rustaveli prospektində bir neçə min insan toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.

Mitinq ötən iki gündə olduğu kimi dinc şəraitdə keçirilir, etirazçılarla parlament binası yaxınlığında səfərbər olan təhlükəsizlik qüvvələri arasında toqquşma yaşanmayıb.


media-728x90banner

Bənzər xəbərlər