featured-image-21559

Erdogn

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkisi və ölkə üçün nəzərdə tutulan prezident üsul idarəsi barədə danışıb.

Xalq.az-ın xəbərinə görə, ötən axşam jurnalistlərlə keçirdiyi görüşdə baş nazir bir çox mövzuya aydınlıq gətirib. Ərdoğan qarşıdakı prezident seçkisindən sonra hər şeyin daha fərqli olacağını deyib.

“Konstitusiya, prezidenti icraedici hakimiyyətin rəhbəri kimi görür. Bu seçkidən sonra öhdəliklər daha fərqli olacaq. Protokol prezidenti yox, işləyən, tərləyən, yorulan prezident… Son günlər müxalifət cəbhəsindən, “sivil prezident seçilməlidir” – səsləri yüksəlir. “Sivil prezident” nə deməkdir? Partiyaların namizədləri sivil deyilmi? Amma onların məqsədi başqadır. Onlar “sivil” deyəndə Əhməd Necdət Səzər (Konstitusiya məhkəməsinin sədri ikən parlament tərəfindən ölkə prezidenti seçilən şəxs) kimisini nəzərdə tuturlar. Çünki onların gözündə rəhmətlik Turqut Özal da, hətta Süleyman Dəmirəl də sivil deyil”.

 


media-728x90banner

Bənzər xəbərlər