Təyyarə qəzasında həlak olan Hökümənin……-Videosu
Ötən gün təyyarə qəzasında həlak olan ekipaj üzvü Hökümə Əliyevanın görüntüləri yayılıb.
XALQ.AZ məlumat verir ki, Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, vətəni çox istəyirdi. Sonra ölkəmizə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.Bunu anası Kəmalə Alıyeva bildirib.
O, qızının 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi”.
İndi xalqımız səninlə fəxr edir, cəsur Azərbaycan xanımı. Məkanın cənnət olsun!
XALQ.AZ həmin görüntüləri təqdim edir: