Tünzalədən yeni layihə
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını yeni musiqili layihəsi ilə sevindirib.
Onun “Sevgi həvəsi” adlı yeni işi artıq işıq üzü görüb.
Mahnının sözləri və musiqisi İsmayıl Əliyevə, miks və masterinq isə Emin Karima məxsusdur.
Ağayeva yeni mahnı üçün tam fərqli formatda klip də çəkdirib.
Ekran işi süni intellektlə hazırlanılıb. Klipdə Ağayevanın 2024-cü ildə çəkilən fotosessiyasından istifadə olunub.










