media-turan

Bakı şəhərində fəaliyyət göstərən “Turan” klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb.

XALQ-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur.

Bu iddialar səhiyyə sistemində kadr nəzarəti və tibbi xidmətlərin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.

Tibb müəssisələrində həkimlərin sertifikatsız fəaliyyət göstərməsi qanunvericiliyin pozulması deməkdir və bu, birbaşa xəstələrin sağlamlığı üçün risk yarada bilər.

 

Ən çox müzakirə olunan məqamlardan biri isə yaş faktıdır. İddialara görə, 65 yaşdan yuxarı şəxslərin həkim kimi fəaliyyət göstərməsi və bu prosesin hansı əsasla davam etdiyi sual doğurur.

Hazırda “Turan” klinikası və aidiyyəti qurumlar səsləndirilən bu iddialara münasibət bildirməyib.

Qeyd edək ki, Azərbaycanda tibb fəaliyyəti üçün sertifikasiya tələbləri və peşə standartları mövcuddur və bu qaydalara əməl olunması məcburidir.

Qarşı tərəfindən fikirlərini yayımlamağa hazırıq

 


media-728x90banner

Bənzər xəbərlər