Türkiyə haqlıdır
İngiltərənin xarici işlər naziri Boris Conson Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Conson özünün “Twitter” səhifəsində hadisələri yaxılndan izlədiklərini yazıb.
![]()
“Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməkdə haqlıdır. Biz Suriyada zorakılığı azaltmaq və daha da önəmlisi, Əsəd rejimini bitirəcək siyasi prosesə diqqəti cəmləşdirmək məsələsində Türkiyə ilə ortaq hədəflərə sahibik”, – deyə B. Conson bildirib.
Xatırladaq ki, Türkiyə ötən şənbə günü Afrində silahlı kürd dəstələrinə (YPG) qarşı əməliyyatlara başlayıb.










