Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyatın hazırlığını tamamlayıb. 

Xalq.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Şafak” qəzeti yayıb.

Qəzet yazır ki, 2016-cı ildən bu günə qədər 5-ci olan bu əməliyyatın Suriyanın şimalında 4 bölgədə həyata keçirilməsi planlaşdırılır. Bunlar Tel-Rıfat, Ayn-al-Arab, Ayn-İsa və Manbic bölgələridir.

Sözügedən ərazilər Suriya Milli Özünümüdafiə Qüvvələrinin nəzarəti altındadır.


media-728x90banner

Bənzər xəbərlər