featured-image-12422

99

 

 

“Yetenek sizsiniz Türkiye” proqramının birincisi məşhur şoumen Atalay Demirci Azərbaycanda möhtəşəm “stand Up show”su ilə çıxış edib.

Xalq.az-ın məlumatına görə, xeyriyyə məqsədi ilə çıxış etmək üçün Bakıya gələn, Atalayın şou proqramı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək məqsədilə keçirilən tədbir T.C Bakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, TİKA-(Türkiyə Əməkdaşlıq və Koordinasiya Agetliyi), Birgə Sağlam İctimai Birliyi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu, Memoria Center və TÜSİAB-ın təşkilatı dəstəyi ilə baştutub.

Təbirdə T.C Bakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, millət vəkilli Qənirə Paşayeva və digər ictimai şəxslər iştirak edib.

Tədbir zamanı müşavir Seyit Ahmet Arslana belə bir xeyiriyyə işinə dəstək verdiyi üçün təşəkkür mükafatı təqdim olunub.

Qeyd edək ki, Atalay Demircinin “Stand-Up show” dan əldə edilən gəlir xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasında istifadə olunacaqdır.


media-728x90banner

Bənzər xəbərlər