Bir neçə dəfə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Belə ki, çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

media-usaq

Bəs görəsən, hazırda bu istiqamətdə hansısa yeniliyin olması gözlənilir? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev   açıqlamasında bildirib ki, bu məsələ gündəmdədir və müzakirə mövzusudur. Onun sözlərinə görə, demoqrafik inkişafla bağlı dövlət proqramı hazırlanacaq:

 

“Azərbaycanda əhalinin artımı, dinamikası, yaş tərkibi və s. ilə bağlı proqram qəbul olunmalıdır.

media-866

 

Vaxtilə belə bir prorqma olub. 15 ildən bundan qabaq qəbul olunmuş proqram var idi. İndi yəqin ki, yeni proqram qəbul olunacaq. Orada bu məsələ öz əksini tapa bilər. Beş uşaq həqiqətən də çoxdur”, – deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, çoxuşaqlı ailələr mavinat verilir.

 


media-728x90banner

Bənzər xəbərlər