media-005
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyənin Hacı Bayram Veli Universitetinin İncəsənət fakültəsinin müəllimləri Zeliha Kayahan və Fırat Çağrı Kırmızıgülün “Yansımalar” və “Günlüklər” adlı basqı-digital art sərgiləri açılıb.
XALQ.AZ xəbər verir ki,tədbirdə Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, Bəhruz Kəngərli adına Sərgi Salonunda 2010-cu ildən mütəmadi olaraq maraqlı sərgilər təşkil olunur. Sərgilər təkcə ölkəmizin rəssamları üçün deyil, eləcə də xaricdən bir çox rəssamın əsərlərinin nümayişi üçün çox əlverişli platformadır. Ənənəvi olaraq bienali formatında artıq sayca VII keçirilən “Naxçıvan- bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı çərçivəsində keçirilən eyniadlı sərgilərimizdə də Türkiyə Respublikasından bir çox rəssamlar qatılır. Daha öncə GESAM rəssamlar dərnəyinin üzvlərinin, rəssam Nilufər İnaltonq, keramikaçı rəssam Prof.Dr. Zəhra Özkara Çobanlı, basqı rəssamı Şefkat İşleğen kimi rəssamların əsərlərini Naxçıvanda nümayiş etdirmişik. Belə sərgilərin keçirilməsi sənət körpülərinin yaradılmasında və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır. Naxçıvan Rəssamlar Birliyinin üzvləri də Türkiyənin bir çox yerlərində Azərbaycanı layiqincə tanıdaraq, sərgilərdə, plenerlərdə və festivallarda iştirak edirlər. Gələcəkdə də bu cür sərgilərin keçirilməsinə öz səylərimizi göstərib, töhfələr qatacağıq.
Sərginin kurotoru Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi, rəssam Həmid Məhərrəmov çıxışında bildirmişdir ki, ənənəvi texnikalarla müasir texnologiyaların qovuşduğu bu dövrdə sənət təkcə estetik bir ifadə deyil, həm də dərin fəlsəfi və konseptual mənaları ehtiva edən universal bir dildir. Beləliklə Zeliha Kayahanın “Yansımalar” və Fırat Çağrının ” Günlüklər” adlı sərgiləri də məhz bu konsepsiyanı özündə məharətlə əks etdirmişdir və əsərlərə yansımışdır. Həmid müəllim müəlliflərin adından yaradılan şəraitə və təşəbbüskarlığa görə minnətdarlığını bildirmişdir. Sərgidə Əməkdar rəssam Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov, sənətşünas Nizami Alıyev çıxış etmişlər.
media-001 media-002 media-003 media-004 media-005 media-006

media-728x90banner

Bənzər xəbərlər