Cənubi Afrika Respublikasında (CAR) 5 yaşından aşağı uşaqlarda Omikron ştammına yoluxma sayında artım müşahidə edilib.

Bunu Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun nümayəndəsi Vaasila Cassat deyib.

O bildirib ki, azyaşlılarda Omikrona yoluxma sayının kəskin artması narahatlığa səbəb olub: “Hazırda pandemiya ilə bağlı xəstəxanalara müraciət 60 yaşdan yuxarı insanlardadır. İkinci yerdə isə 5 yaşından aşağı uşaqlarla bağlı müraciətdir. Bu artım daha əvvəl gördüklərimizdən çox fərqlidir”.


media-728x90banner

Bənzər xəbərlər