“VAZ” markalı avtomobil aşdı
Ötən gün Ağdam-Ağcabədi yolunda ağöır yol qəzası baş verib. Xalq.az-ın məlumatına görə. hadisə Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “VAZ” markalı avtomobil sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Bu zaman avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Verilən məlumata görə, hadisə nəticəsində sürücü ağır yaralanıb. Onu hadisə şahidlərinin köməyilə xəstəxanaya aparıblar. Hadisə şahidlərindən olan Samir Memmedliyə hadisəni telefon vasitəsilə çəkərək ANS PRESS-ə göndərib.
Həmin kadrı təqdim edirik:











