“WhatsApp”da yenilik
XALQ.AZ xəbər verir ki, bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək.
Güman ki, “WhatsApp” tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda “WABetainfo” nəşri məlumat yayıb. Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.
Tərtibatçılar bu yolla “feyk” mesajların yayılması ilə mübarizə aparırlar. Əlbəttə, hakerlər mətni köçürərək müxtəlif qrup və müxtəlif insanlara göndərə bilərlər, amma bu, məsələni çətinləşdirəcək.
Orxan