featured-image-21003

Nuriye

16:54

Xalq artisti Nuriyyə Əhmədovanın xəstəxanaya düşməsi ilə bağlı xəbərlər yayılıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından “Publika.az”a verilən xəbərə görə, aktrisa xəstəxanadadır.

Məlumata görə, aktrisa “Xalqlar Dostluğu” metrosu yaxınlığında “11” saylı marşrutda xəsarət alıb. .

Vəziyyəti orta-ağırdır.


3 saylı Şəhər Klinik Xəstəxanasından Xalq.az-a verilən məlumata görə, aktrisa hal-hazırda reanimasiyadadır, vəziyyəti normaldır.

Həkimlər xəstənin huşunun yerində olduğu, normal danışdığını və rentgen müayinəsindən sonra evə buraxılacağını da bildiriliblər.

17:14

Xalq artistinin oğlu Faiq isə vəziyyətin heç də ürəkaçan olmadığını söyləyib:

“Hazırda reanimasiyadadır, yarım saata cavab çıxacaq, indi yanında idim. Həkimlər onun onurğa sütununda ciddi problem olduğunu deyir. Mən də yanına girdim, danışmadı, üzümə baxırdı. Huşu özündə olsa da, durumu kritikdir”.

O, daha sonra bildirib ki, başımızı itirmişik, ümid Allahadır.


media-728x90banner

Bənzər xəbərlər