“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan növbəti ağacəkmə aksiyası keçirilib. Bu aksiya ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması və cəmiyyətin ekoloji şüurunun artırılması məqsədi ilə təşkil olunub. Aksiya ətraf mühitin qorunması ilə yanaşı, həm də əhalinin sağlamlığını yaxşılaşdırmağa xidmət edir. Aksiya çərçivəsində ərazidə 400-ə yaxın Eldar şamı əkilib.

media-728x90banner

Bənzər xəbərlər