Yol kənarında kişi meyiti tapılıb
Zaqatala rayonunun Əliabad qəsəbəsində, yol kənarında üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapılıb.
XALQ.AZ-ın məlumatına görə, rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1975-ci il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı Musailiyev İldırım Cahangir oğlu olduğu müəyyən edilib.
Mərhumun hansı şəraitdə və kimlər tərəfindən biçaqlandığı məlum deyil. Polis əməkdaşları hazırda şübhəli şəxs qismində bir nəfəri saxlasa da, istintaq sirri olduğundan həmin şəxsin şəxsiyyəti hələlik açıqlanmır.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb.











