media-seny

Dünyaca məşhur reper Trevis Skottın İstanbulda keçirilən konserti tədbirdən sonra geniş müzakirələrə səbəb olub.

Bilet qiymətlərinin bəzi kateqoriyalarda 50 min türk lirəsinə qədər (təxminən 1851 manat) yüksəldiyi konsertdə reperin səhnədə cəmi 20 dəqiqə qalması tamaşaçıların narazılığına yol açıb.

Belə ki, Trevis Skott planlaşdırılan vaxtdan təxminən bir saat gec səhnəyə çıxıb. Saatlarla gözləyən pərəstişkarlar qısa proqramın gözləntiləri doğrultmadığını bildiriblər.

Konsert zamanı Trevis Skottun üzünü örtən aksesuarlardan istifadə etməsi də sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun səhnə obrazının bir hissəsi olduğunu qeyd etsələr də, digərləri sənətçinin tamaşaçılarla vizual təmasdan qaçdığını iddia ediblər.

Tədbir konsertdən əvvəl də yüksək bilet qiymətləri ilə gündəmə gəlmişdi. İddialara görə, bəzi biletlərin qiyməti 50 min lirəyə qədər yüksəlib, ikinci əl satış bazarında isə daha yüksək məbləğlər tələb olunub.

Konsertdən sonra sosial mediada minlərlə paylaşım edilib. İştirakçıların əhəmiyyətli hissəsi ödədikləri məbləğlə müqayisədə gözlədikləri səhnə performansını görmədiklərini bildirib. Konsertin qısa davam etməsi, gec başlaması və məhdud səhnə proqramı ən çox tənqid olunan məqamlar arasında yer alıb.

 


media-728x90banner

Bənzər xəbərlər