Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş 2 vilayətində –  Zaporojye və Xersonda yerli sakinlərə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş proseduru haqqında fərman imzalayıb.

Xalq.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub

Xatırladaq ki, fevralın 21-də Vladimir Putin “Donbass respublikaları”nın “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. Fevralın 24-də isə o, Ukraynada “xüsusi hərbi əməliyyat”a başladığını elan edib.

May ayının əvvəllərində isə Xerson vilayətinin hakimiyyət orqanları bölgənin tamamilə Rusiya ordusunun nəzarəti altında olduğunu bəyan ediblər.


media-728x90banner

Bənzər xəbərlər