Vladimir Putin “Pasxa atəşkəsi” elan etsə də, Ukrayna səmasında Rusiyanın pilotsuz təyyarələri hələ də aşkar edilir”.

XALQ.AZ “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hazırda bütün Ukraynada hava hücumu xəbərdarlığı yayılır. Saat 17:15-də səmamızda Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb”, – deyə Zelenski qeyd edib.

O, vurğulayıb ki, indi Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyası fəaliyyətə başlayıb:

“Bizim səmadakı “Şahedlər” Putinin Pasxa bayramına və insanların həyatına əsl yanaşmasıdır”.

Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putin Ukrayna-Rusiya müharibəsində “Pasxa atəşkəsi” elan edib.


media-728x90banner

Bənzər xəbərlər