78

Rayon camaatı 11 milyon manata başa gəlmiş səhiyyə ocağına deyil, İrana üz tutur

 

Bir neçə il bundan əvvəl Regionların Sosial-İqtisadi İnkişafı Proqramı çərçivəsində Bərdə rayonunda da Müalicə-Diaqonostika Mərkəzi inşa edildi. Regiondakı rayonların əhalisi üçün nəzərdə tutulmuş bu səhiyyə ocağına büdcədən 11 milyon manata yaxın pul da ayrılmışdı. İşlər görülüb, qurtardı və mərkəz istifadəyə verildi. Amma…

 

Xalq.az xəbər verir ki, işin amması odur ki, mərkəzdə baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya halları həkimləri peşəkarlıqdan uzaqlaşdırmaqla yanaşı, həm də vətəndaşların etimadını itirmələrinə gətirib çıxarıb. Mərkəzə rəhbərlik edən Həsən Hüseynovun qeyri adi  yanaşma tərzi, həkimlərdən aylıq haqq alma həvəsi və büdcə vəsaitlərini dağıtmaq üçün müxtəlif vasitələrdən yararlanması Bərdə və onun ətrafındakı əhalinin İrana üz tutmasına gətirib çıxarıb.

 

Məlumatlara görə, Həsən Hüseynovun bir sıra maraqlı faktlar  var. Onların bəziləri barədə məlumatlı olsaq da, hələlik açıqlamaq fikrində deyilik. Amma yaxın günlərdə oxucuların diqqətinə həmin məqamları çatdıracağıq.

 

Bərdə Müalicə-Diaqonostika Mərkəzində büdcə vəsaitlərinin dağıdılması və mənimsənilməsinin xəritəsi elə tenderlər vasitəsi ilə həyata keçirilmiş proseslərdən də aydın görünür. Məsələn, maraqlıdır ki, bir ildən artıqdır istifadəyə verilmiş Bərdə Müalicə Diaqnostika Mərkəzi ötən il cari təmir işlərinə ehtiyac yaranır. Və bu işi “Okean-13” MMC ilə həyata keçirən mərkəzin rəhbəri büdcədən 4800 manat pul da götürüb. Axı, yeni istifadəyə verilmiş bir binanın təmirə niyə ehtiyacı olsun?

 

İkinci maraqlı məqam isə bir ildə iki dəfə yumuşaq inventarların alınması ilə bağlıdır. Həsən Hüseynovun bu hərəkətlərindən belə başa düşmək olar ki, Mərkəzin baş həkimi ildə iki dəfə özünə mebel alır. Bu proses bir dəfə ilin əvvəlində həyata keçirilib və bu zaman “Lider Com” MMC-nin əliylə 6000 manat pul xərclənib. İkinci proses isə ilin sonlarına yaxın dövrü əhatə edib ki, bu dəfə də mebel və digər yumuşaq inventarlar tikinti şirkətindən alınıb. Və 2000 manat xərclənib. Qəribədir ki, tikinti şirkəti olan “Uğurlu İnşaat” LTD niyə mebel satışı və ya bu iş onun profilinə uyğun deyil. Aydın məsələdir ki, ortada pul silmək niyyəti olub və bu işi də münasib bir şirkətlə həyata keçiriblər.

 

Xalq.az-ın araşdırmalarına görə, analoji hal bərk inventarların alınması zamanı da baş verib. Belə ki, Bərdə Müalicə Diaqnostika Mərkəzi Bərk inventarların satın alınması prosesini bir dəfə “Lider Com” MMC ilə həyata keçirib və 10000 manat «xərcləyib». İkinci dəfə isə bu iş yenə də “Uğurlu İnşaat” LTD-nin əliylə reallaşdırılıb və 2000 manat sərf olunub.       

 

Amma korrupsiya elementləri bununla yekunlaşmayıb. İdarənin digər xərcləri maddəsi üzrə malların (işlıərin və xidmətlərin) satın alınması işlərini “Lider Com” MMC ilə həyata keçirən Həsən Hüseynov bu məqsədlə dövlətin 10000 manatını silməyə nail olub. Dəftərxana ləvazimatlarının satın alınması da “Lider Com” MMC vasitəsi ilə həyata keçirilib və 18000 manatlıq iş görüldüyü qeyd olunub. Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması prosesini “Uğurlu İnşaat” LTD-yə reallaşdıran baş həkim növbəti dəfə 2500 manatlıq bir əməliyyatın reallaşmasına nail olub. Amma Həsən Hüseynov bununla da kifayətlənməyib ilin sonlarına doğru daha 5000 manatlıq dəftərxana ləvazimatları aldırıb.

 

Mərkəz üçün ərzaq məhsullarının satın alınması isə ötən ilin soni əməliyyatı olub. “Bərdə Kənd Təsərrüfatı Məhsulları Tədarükü” MMC şirkəti tərəfindən həyata keçirilən prosesdə büdcənin 9600 manatı mənimsənilib.

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq  


media-728x90banner

Bənzər xəbərlər