Deputat seçicilərin probləmlərini həll etdi
Millət vəkili Ramin Məmmədov seçiciləri ilə növbəti onlayn görüş keçirib.
Bu haqda XALQ.AZ-a millət vəkilinin özü məlumat verib.
Qeyd edib ki, seçicilərlə ünsiyyət, onları düşündürən məsələlərin müzakirəsi və həlli istiqamətində fəaliyyətin təşkil olunması deputat seçildiyi ilk gündən etibarən onun üçün prioritet təşkil etməkdədir.
“Növbəti online görüşümüz çərçivəsində Sabirabad rayonunun müxtəlif kəndlərini təmsil edən dəyərli seçicilərlə ətraflı və məhsuldar müzakirələr apardıq”-deyə, o, əlavə edib.
Qeyd edək ki, görüşdə iştirak edən seçicilər və təmsil etdikləri kəndlər bunlardır:
1.Məmmədov Ramazan-Şəhriyar2.Süleymanov Şəmi-Şəhriyar3.Babalıyeva Sevinc-Dadaşbəyli4.Quliyev Yusif-Nərimankənd5.Məmmədov Fuad-Nərimankənd6.Zeynalov Fərid-Mürsəlli7.Səmədov Əhmədağa-Mürsəlli8.Seyidov Mirqasım-Şıxsalahlı9.Cahangirov Mirbaba-Çölbeşdəli

Deputat seçicilərin problemlərini həll etdi
Milli Məclisin deputatı Kamran Bayramov seçicilərlə onlayn görüş keçirdi.
XALQ.AZ-a millət vəkili Kamran Bayramov bildirib ki, Daşkəsən şəhərindən olan seçicilərlə onlayn görüş keçirtdik, onları dinlədik, əsasən məşğulluq, təhsil, yol çəkilişi, internet rabitəsi və digər məsələlər qaldırıldı, onlar qeydiyyata alındı, onlayn görüşümüzə bəzi aidiyyəti yerli qurumların nümayəndələri də qatıldı. Eyni zamanda, tərəfimizdən həm seçicilərə, həm də yerli qurumların nümayəndələrinə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verildi, karantin rejimi zamanı müəyyən edilmiş tələblərə və tətbiq olunmuş məhdudiyyətlərə ciddi riayət olunması və əhali arasında müvafiq maarifləndirmə işinin gücləndirilməsi xahiş olundu.



XALQ.AZ















