8

Xalq.az xəbər verir ki, ötən gün Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müxtəlif mətbuat təmsilçilərini rayon İH-nin binasına toplayaraq onları 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

Məlumata görə, tədbirdə iştirak edən media təmsilçilərinə Xaləddin İsgəndərov mürəkkəbli qələmlər hədiyyə edib.
Ancaq hədiyyə alan həmkarlarımızdan biri verilən hədiyyəni Xaləddin İsgəndərovun gözü qarşısında açıb baxmayıb. Redaksiyaya qayıtdıqda hədiyyə paketini açıb.
Amma həmkarımız hədiyyəni açmağa peşman olub. Çünki, hədiyyə paketinin içərisi boş çıxıb.Veteninfo.az

Müxbirimizin əldə etdiyi məlumata görə, bu həmkarımız “Səs” İnformasiya Agentliyinin əməkdaşı olub.


media-728x90banner

Bənzər xəbərlər