Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?
Lənkəranda bağça direktorunun biabırçı əməli – körpələrin ərzağını oğurlayarkən ifşa olundu!
Lənkəran rayonunun Üzümçülük Savxozunda qalmaqallı hadisə baş verib. Savxoz ərazisində yerləşən uşaq bağçasının direktoru körpələrə ayrılan ərzaqları müəssisədən çıxararaq daşıdığı zaman sakinlər tərəfindən yaxalanıb.
Məlumata görə, həmin şəxs təsadüfi deyil – bağçaya rəhbərlik edən Həyya Novruzova, Nərimanabad qəsəbə ərazi nümayəndəliyinin rəhbəri Ceyhun Ələkbərovun bacısıdır. Onun bu əməli kənd sakinləri tərəfindən ifşa olunduqdan sonra məsələ barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Sakinlərin verdiyi məlumat əsasında Həyya Novruzova polis əməkdaşları tərəfindən idarəyə aparılıb. Hazırda məsələ ilə bağlı istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
Lakin kənd camaatı arasında narahatlıq var. İddialara görə, Həyya Novruzovanın qardaşı – Lənkəran rayon icra hakimiyyətinin yerli nümayəndəsi olan Ceyhun Ələkbərovun köməyi ilə bacısı Həyya Novruzovanın cəzasız qalacağı barədə söz-söhbətlər yayılıb.
Hadisənin detalları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Mövzu diqqətdə saxlayırıq.Bakunews.az