Milli Məclisin deputatı Jalə Əliyeva seçiciləri ilə görüşüb. 

XALQ.AZ verir ki, Zərdab rayon Heydər Əliyev Mərkəzində  keçirilən görüşdə 50-dən çox vətəndaş iştirak edib.

Deputat seçicilərin müxtəlif istiqamətlər üzrə məsələlərini, problemlərini dinləyib, müraciətlərini qeydə alıb.

Qəbulda Zərdab rayon İcra Hakimiyətinin  Vətən müharibəsi əlilləri və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov,19 Saylı Ərazi Məşğulluq Filialının Zərdab xidmət şöbəsinin baş mütəxəssisi Şəhriyar Şükürzadə, deputatın köməkçisi Firdosi Eyvazov iştirak ediblər.

Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, bank kreditləri və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.

Seçicilər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və millət vəkili Jalə Əliyevaya təşəkkürlərini bildiriblər. Hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.


media-728x90banner

Bənzər xəbərlər

Ötən il Sabirabad rayonu Qaragünəy kənd 1 saylı orta məktəbin köhnə tədris korpusuna baxış keçirildi. 1935-ci ildə inşa olunan tədris korpusunun istismar üçün yararsız hala düşmüşdü. Baxış keçirdikdən sonra həm Təhsil Nazirliyi, həm də digər əlaqədar dövlət qurumları ilə geniş müzakirələr aparıldı. Nəticə olaraq, qeyd olunan məktəbin yeni tədris korpusunun inşası ilə bağlı qısa müddət ərzində layihələndirmə və tikinti işlərinə start verildi.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.

Bildirib ki, təxminən iki ay ərzində Qaragünəy kəndində yeni və müasir tələblərə uyğun olan tədris korpusu istifadəyə veriləcək.

“Bu məktəbin inşası son illər ərzində dövlətimiz tərəfindən 3500-dən çox məktəbin inşa və təmir edilməsi işləri çərçivəsində həyata keçirilir.

Fürsətdən istifadə edərək, seçicilərim və şəxsən öz adımdan Təhsil Nazirliyinin kollektivinə sərgilədikləri çevik və həssas münasibətə görə dərin təşəkkürümüzü bildiririk”-deyə, o, əlavə edib.


media-728x90banner

Bənzər xəbərlər