загруженное

 

Melorasiya və Su Təsərrüfatı ölkənin strateji fəaliyyət istiqamətlərindən biridir. Lakin təəssüf hissiylə qeyd etməliyik ki, bu strateji sahəyə məsul olan bəzi regional idarələrdə ciddi çatışmazlıqlar və yeyinti halları müşahidə olunur. Fəaliyyəti ilə bağlı XALQ.AZ-a ardıcıl olaraq şikayətlər daxil olan belə idarələrdən biri də Şirvan Meşə Meliorasiya İdarəsidir. Daxil olan məlumatlarda bildirliir ki, əslində Şirvan Müşə  Meliorasiya İdarəsinin faliyyəti yoxdur. İdarə çox geniş bir ərazini su ilə təmin etməlidir. Bunu isə yeraltı borular vasitəsilə həyata keçirməlidir. Amma necə deyərlər, sən saydığını say, gör Şirvan Meşə  Meliorasiya İdarəsinin rəhbərliyi nə sayır… Hələ Sovet hakimiyyəti illərində torpağın altından çəkilən metal borular artıq neçə ildir ki, kəsilib satılıb. Yeni xəttlərin çəkilişi ilə bağlı ayrılmış vəsait isə təyinatı üzrə xərclənmədiyindən əsl xaos yaranıb. Bunun ağrısını isə vətəndaşlar çəkməkdədir. Sənədlərdə isə idarənin balansında olan avadanlıqların varlığı göstərilir ki, bu da əsl saxtakarlıqdır. Daxil olan məlumatda qeyd olunur ki, Şirvan Meşə Meliorasiya İdarəsində «ölü can»lar vasitəsi ilə dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Məlumatda göstərilir ki, idarə rəhbərliyinin əsas gəlir mənbələrindən biri də idarəyə ayrılan texnika və bu texnika üçün ayrılan yanacaq, həmçinin ehtiyat hissələridir. Belə ki, iddiaya əsasən ehtiyat hissəliri alınsa da sonradan qara bazarda satışa çıxardılır. Eyni zamanda hər ay təkcə yanacağın satışından küllü miqdarda vəsaitin qazanıldığı da daxil olan informasiyalar arasındadır. Sonda qeyd edək ki, saytımıza Şirvan Meşə Meliorasiya İdarəsinin həyata keçirdiyi şübhəli tender əməliyyatları ilə bağlı da şok məlumatlar daxil olub. Məsələn, təkcə Şirvan Meşə Meliorasiya İdarəsinin 2014-cü ildə təmir işləri üçün inşaat materialları və torpaq qazan mexanizmlərə, su nasoslarına, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması ilə əlaqədar elan etdiyi açıq tenderlə bağlı olduqca şok informasiyalara malikik. Saytımızı izləməkdə davam edin.

 

Araşdırmalarımız davam edir

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq


media-728x90banner

Bənzər xəbərlər