media-tia_afa465a4b7e6cee7d1704e95cea83474_1ar03qs6n4czkilfhgy9-645x425

Ukrayna Silahlı Qüvvələri cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən Yaroslavl vilayətindəki neft emalı zavoduna və Engelsdəki hərbi aerodroma uğurlu zərbələr endirib.

Xalq.online xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat paylaşıb.

Ukrayna lideri vurğulayıb ki, son sutka ərzində Müdafiə Qüvvələrinin döyüşçüləri Yaroslavldakı NEZ-i sıradan çıxarmaqla yanaşı, Qara dənizdə də Rusiyanın hərbi addımlarına adekvat cavablar veriblər. “Bundan əlavə, Rusiyanın Engels şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin (KXB/SBU) “Alfa” xüsusi təyinatlıları TU-95MS strateji raketdaşıyan təyyarəsini zərərsizləşdiriblər.

Məhz bu tipli təyyarələrdən Ukrayna şəhərlərinə raket zərbələri endirilir”, – deyə Volodimir Zelenski qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər